SON XƏBƏRLƏR

İranın "Fars Körfəzi" inadkarlığı İranda keçirilməsi nəzərdə tutulan idman Yarışlarının ləğvinə səbəb olub

2021.10.20, 07:36
İranın "Fars Körfəzi" inadkarlığı İranda keçirilməsi nəzərdə tutulan idman Yarışlarının ləğvinə səbəb olub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranıb "Fars Körfəzi" inadkarlığı aprel ayında İranda keçirilməsi nəzərdə tutulan Atletika Yarışlarının ləğvinə səbəb olub. Səudiyyə paytaxtı Ər-Riyadda mənzillənmiş İslam Həmrəyliyi Olimpiya Federasiyasının rəhbəri Səudiyyə Olimpiya Federasiyasının sədri Sultan bin Fəhd bildirib ki, buna səbəb İran təşkilat komitəsinin özbaşına qəbul edilmiş bir sıra qərarları olub. İran təşkilatçıları yarışların bir sıra plakatlarında və habelə medal və mükafatlarda, ən başlıcası isə yarışların emblemində “Fars Körvəzi” sözlərinin yazılmasını planlaşdırırmışlar. Bir sıra Ərəb ölkələri isə körfəzin düzgün adının Ərəb Körfəzi olduğunda israrlıdırlar. İran tərəfi ləğv qərarına cavab olaraq bildirib ki, Ərəb tərəfi özünün arqumentlərini ortaya qoymadan birtərəfli qərar qəbul edib. Ərəb ölkələri körfəzin ya Ərəb Körfəzi, ya da sadəcə olaraq Körfəz adlandırılmasını istəyirdilər. Ümumiyyətlə isə körfəzin necə adlandırılması barədə mübahisə artıq onilliklərdir ki, İran və Ərəb ölkələri arasında dərin ixtilaflara səbəb olur.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar