SON XƏBƏRLƏR

Tirəxtur afişalarına görə, Təbrizdə 33 çapxana (mətbə) və mağaza qapadıldı, Məhəmməd Əlimuradi isə Polisə Çağrıldı

2021.10.20, 07:36
Tirəxtur afişalarına görə, Təbrizdə 33 çapxana (mətbə) və mağaza qapadıldı, Məhəmməd Əlimuradi isə Polisə Çağrıldı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, "Azərbaycan Diyarımız, Tirəxtur İftixarımız" və "yel yatar, tufan yatar, yatmaz Tirəxtur bayrağı" şüarlarını yazan 33 çapxana (mətbə) və afişaların bulunduğu ticari məkanlar qapadılıb və bununlada daha 300 nəfər işsizlər sırasına artırılıb. Bu xəbəri "öyrənci" saytı yanvar ayının 17-də yayıb. Bununla yanaşı bir neçə gün öncə Milli Komanda Tirəxturun şüar və afişaları ilə bağlı, tutulub mülki girov nəticəsində azadlığa buraxılmış milli-mədəni fəal cənab Məhəmməd Əlimuradi bir daha Təbriz Polis idarəsinin ETTELAAT bölümünə çağrılıb. Təhlükəsizlik Qüvvələri onun zaminindən (qaranti şəxs) tələb ediblər ki cənab Əlimuradini Polis bölməsinə gətirsin. Qeyd edək ki, adını çəkdiyimiz milli-mədəni fəal icazəli şəkildə çap (nəşr) etdiyi "Azərbaycan Diyarımız, Tirəxtur İftixarımız" və "yel yatar, tufan yatar, yatmaz Tirəxtur bayrağı" şüarları üçün yaxalanıb və vəsiqə qarşılığında azad olunmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar