SON XƏBƏRLƏR

“Altılıq” ölkələri İrana qarşı yeni sanksiyaları müzakirə ediblər

2021.10.20, 07:36
“Altılıq” ölkələri İrana qarşı yeni sanksiyaları müzakirə ediblər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, yanvarın 16-da ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin dünən Nyu Yorkda İrana qarşı yeni sanksiyaları müzakirə ediblər. İclasa Rusiyanı təmsil edən xarici işlər nazirinin müavini Sergey Ryabkov isə görüşdə elə bir konkret qərar qəbul edilmədiyini bildirib.Qərbin təklif etdiyi plana görə İran onda olan az saflaşdırılmış uranı ikinci ölkəyə verməli və əvəzində həmin ölkədən nüvə yanacağı almalıdır. Tehran hələdə onun nüvə proqramı ətrafında yaranmış vəziyyətlə bağlı bu ölkələrin təklifinə dəqiq cavab verməyib.İranın xarici işlər naziri Manuçöhr Mottaki deyir ki, İran bu təklifi prinsipcə qəbul etsə də məsələ hələ də tam həll olunmayıb.Görüş iştirakçıları belə qərara gəliblər ki, İran bu təklifi qəbul etməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar