SON XƏBƏRLƏR

Güneyli yazarların kitabları ETTELAT tərəfindən müsadirə olunub

2021.10.20, 07:36
Güneyli yazarların kitabları ETTELAT tərəfindən müsadirə olunub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Dünən səhər Azərbaycan-İran sərhədində ETTELAT-ın nümayəndələri güneyli yazıçı və şairlərin kitablarını müsadirə ediblər. Müsadirə olunan kitablar arasında Sayman Aruzun, Nigar Xiyavi və Məlihə Əzizpurun əsərləri olub. Xüsusi xidmət orqanı onların hər birinin ayrılıqda 500 nüsxə kitabını müsadirə edib. "bizim yol" qəzeti Güneyli Sayman Aruza istinadən bildirir ki, səhər çağı ETTELAT-ın rəisi də bu əməliyyatda iştirak edib: “Müsadirə zamanı Nigar Xiyavi və Məlihə Əzizpur təzyiqə məruz qalıblar və hələ də onların vəziyyətindən heç bir məlumatımız yoxdur”. O, deyib ki, latın əlifbası ilə dərc olunan kitabların müsadirə olunmasına heç bir əsas yox idi. Birinci ona görə ki, kitablar ədəbi məzmun daşıyır və siyasətə heç bir aidiyyatı yoxdur. İkinci, bu kitablardakı şer və nəsr əsərləri İranda fars dilində ərəb əlifbası ilə həm kitab şəklində dərc olunub, həm də mətbuatda yayılıb”. S.Aruz deyib ki, kitabların müsadirə olunması yerli qanunvericiliyə də ziddir: “Bu hadisə Tehran hakimiyyətinin azərbaycanlılara münasibətinin əks etdirir. Sual olunur, nə üçün Fələstindən İrana erməni, kürd və fars dilində kitablar gələndə heç bir maneçilik törədilmir? Necə olur ki, onlar üçün yol açıqdır, bizlər üçün yox? Biz dəfələrlə bildirmişik ki, təsis etdiyimiz Dünya Azərbaycanlı Yazarlar Qurumu siyasətə müdaxilə etmir, biz ədəbiyyatla məşğuluq. Məqsədimiz də dünyaya səpələnən azərbaycanlı yazarları həm öz vətənimizdə, həm də başqa ölkələrdə tanıtmaqdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar