SON XƏBƏRLƏR

İranda e-mail və sms-lər polis nəzarətinə götürülüb

2021.10.20, 07:36
İranda e-mail və sms-lər polis nəzarətinə götürülüb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bundan sonra İran daxilində bütün sms və e-mail polisin nəzarəti altında olacaq. İLNA xəbər agentliyi yaydığı məlumatda bildirilir ki, İranın polis rəisi İsmail Əhmədi Müqəddəm bildirib ki, terrorçuların bütün hərəkətlərini nəzarətdə saxlayıblar, onların əməliyyat keçirəcəklərindən də xəbərləri olub: “Lakin düşünürdük ki, onlar hansısa obyektə və ya idarəyə hücum edəcəklər. Biz bir elm adamının terrora məruz qalacağını təsəvvür etmirdik”. O, İran polisinin bundan sonra daha sərt tədbirlər görəcəyini sözlərinə əlavə edib: “Hamı e-mail və sms-ləri nəzarətdə saxlamağmızı bilsin. Qeyri-qanuni toplantılar təşkil edənlərə də xəbərdarlıq edirik ki, polis bundan sonra onlarla yumşaq rəftar etməyəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar