SON XƏBƏRLƏR

İran prezidenti bir daha Holokost faciəsini yalan adlandırdı

2021.10.20, 07:36
İran prezidenti bir daha Holokost faciəsini yalan adlandırdı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinəjadın ABŞ və Avropa ölkələrinin ünvanına ittihamları bu dəfə də Yaxın Şərqdəki proseslərə dair çıxışı ilə başlayıb. Yaxın Şərqdə işğalların və müharibələrin davam etdiyii deyən prezident Mahmud Əhmədinəjad bildirib ki, qərblilər demokratiya,insan hüquqları bəhanəsi ilə İraqı, Əfqanıstanı işğal edib, Pakistan və Yəmənin daxili işlərinə qarışır. Laki onların iddiaları böyük bir yalandan başqa bir şey deyil. Yaxın Şərqin bəzi dölətlərini də günahlandıran İran prezidenti əlavə edib ki, bu ölkələrdə qadınların ən sadə hüquqları belə pozulur. Buna əhəmiyyət verməyən ABŞ və Avropa ölkələri isə həmin antidemokratik recimləri dəstəkləyir. İran prezidentinin sözlərinə görə, terrorizm bəhanəsi də yəhudlərin Holokost faciəsi kimi yalandır. Onlar terrorizm bəhanəsi ilə bəzi ölkələrə qoşun yeritdilər. Lakin Əl-Qaidə liderlərini hələ də tapa bilmirlər, 11 Sentyabr hadisələrinin araşdırılmasına da imkan vermirlər. Əslində isə əsas məqsəd terrorizm bəhanəsi ilə həmin ölkələrin nefti,eləcə də digər təbii ehtiyyatlarını istismar etməkdir. Bu bahənə ilə İranın nüvə proqramını da ABŞ və avropalılar problemə çevrirlər. Dünya dövlətləri bu bəyanatlara hələ cavab verməsələr də, İrana qarşı sanksiyaların tətbiqi gözlənilən Altılığın iclası təxirə salınıb. Yanvarın 16-na təyin edilən görüşün baş tutmamasının səbəbləri açıqlanmasa da, bildirilir ki, əsas maneəni Çin yaradır. Rəsmi Pekin danışıqlara yüksək çinli məmur səviyyəsində qatılmaqdan imtina edib. Amerika isə Çini hələ də iclasın keçirilməsinə razı salmağa çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar