SON XƏBƏRLƏR

İranın Oslodakı keçmiş konsulu İranın xarici ölkələrdəki digər səfir və diplomatlarını istefa verməyə çağırıb

2021.10.20, 07:36
İranın Oslodakı keçmiş konsulu İranın xarici ölkələrdəki digər səfir və diplomatlarını istefa verməyə çağırıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İki həftə əvvəl istefa verərək Norveçdən siyasi sığınacaq istəyən İranın Oslodakı keçmiş konsulu Məhəmmədrza Heydəridən yeni xəbər var. Yanvarın 14-də o, Norveç televiziyalarından birinə müsahibəsində İranın xarici ölkələrdəki digər səfir və diplomatlarını istefa verərək İran hakimiyyəti ilə əməkdaşlığı dayandırmağa çağırıb. Məhəmmədrza Heydəri istefasından sonra İrandan bir nümayəndə heyətinin Norveçə gəldiyini, ona ölkəyə qayıtmaq şərti ilə çoxlu vədlər verdiyini deyib: “Onlar müxtəlif yollar və kanallarla bildiriblər ki, İrana qayıtsam, məni hər baxımdan təmin edəcəklər. Lakin mən bildirirəm ki, İran rejiminin nümayəndələri ilə görüşməyəcək, danışmayacağam. İranda insan hüquqlarının açıq-aydın pozulmasına, dinc aksiyalara qatılan xalqımın qırğına məruz qalmasına və kobudluqla əzilməsinə və onların səsinin oğurlanmasına etiraz olaraq istefa vermişəm. İran xalqının azadlıq uğrunda mübarizə aparan hərəkatı dəstəkləyirəm. Hökumətdən tələb edirəm ki, xalqa qarşı repressiyaları dayandıraraq son aksiyalarda tutulub zindana salınanları və ümumilikdə siyasi məhbusları dərhal azad buraxsın. İran İslam Respublikasının xaricdəki bütün diplomatik korpuslarında fəaliyyət göstərən diplomatlara və işçilərə müraciət edərək onları öz vətəndaşlarını rəhmsizcəsinə əzib qıran və terror edən, onları adsız-sansız qara zindanlara salıb işgəncə verən rejimlə əməkdaşlığı dayandırmağa çağırıram. Onlar bilməlidir ki, indiki şəraitdə İran İslam Respublikası ilə əməkdaşlıq etmək, yalnız diktatorluq və despotizmə xidmət və qulluq deməkdir. Mən onları xalqa qovuşmağa və İran İslam Respublikası səfirliklərini tərk etməyə çağırıram”. Mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar