SON XƏBƏRLƏR

Aərbaycanın Tirəxturu Tehranın istiqlalını şumladı

2021.10.20, 07:36
Aərbaycanın Tirəxturu Tehranın istiqlalını şumladı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Təbrizin Tirəxtur komandasi ilə Tehranını istiqlal komandasının yarışı başlamadan əvvəl çoxlu Azərbaycanli təəssübkeşin stadiyona gəlməsi ehtimalı ,istiqlal komandasi kulubunu qorxuya salmışdı. Ona görədə bu kulub, Təbrizli tərəfdarlar yoldadır məzmunlu, elan yaymağa başlamışdı . Gözlənilən ehtimal çin oldu . 40000 dən artiq Azərbaycan aşiqi stadiyonun qrşısına toplanmışdı. Ancaq Azərbaycanlıların bu əzmini görən Tehran rejminin məmurlari qorxuya düşərək 20000 dən artiq tamaşaçının stadiyona alınmasına icazə vermedi . Stadiyona buraxılmayan 20000 dən artiq Tirəxtur tamaşaçısı isə, Azərbaycanın mədəni huqularının tələb edərək şuarlar verməyə başladı. Buna dözə bilməyən polis lə Aərbaycanlılar arasında toquşma baş vermişdi . Yaralanan və həbs olunanlar haqda dəqiq məlumat olmasa da, polislər bir çox Tirəxtur komandası tərəfdarını döyərək kameralarını əllərindən almışdılar . Buna baxmayaraq Tehranın Azadi stadiyonu , tirəxtur tərəfdarlarının yaşasın Azərbaycan şuarlarilə lərzəyə gətirldi . Oyunun ilk dəqiqələrində İstiqlal komandasına diz çökdürən Tirəxturun oyunçusu Puladinin vurduğu qol ilə 40000 minlik tərəfdarın səsi yüksəlməyə başladı “TRAXTURU EL İSTƏR , ŞƏRƏFLİ MİLLƏT İSTƏR ; AZƏRBAYCAN DİYARIMIZ, TİRƏXTUR İFTİXARİMİZ” beləliklə Azadi stadiyonu Azərbaycanlıların əlindəidi. Oyun hakiminin (davər) haqsizliqlarina və İstiqlal komanasının xeyrinə verdiyi qərarlara baxarsaq , əslidə Tirəxtur komandası 11 nəfərlə yox 12 nəfər qarşısında mubarizə aparırdı . Hesab iki-ikiyə olsada, qəhraman oyunçular Tehran timinin arzusunu ürəyində qoyaraq bir xal alaraq Təbrizə geri döndü .

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar