SON XƏBƏRLƏR

Tehranda Tirəxtur taxımı tərəfdarları ilə Polis arasında insident baş verib

2021.10.20, 07:36
Tehranda Tirəxtur taxımı tərəfdarları ilə Polis arasında insident baş verib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bu gün Tehranda İstiqlal-Tirəxtur futbol komandalarının oyununa getmək istəyən Tirəxtur komandasının tərəfdarları ilə Tehran polisi arasında insident baş verib. Güney Azərbaycanın milli komandası kimi tanınan Tirəxtur taxımının tərəfdarları Azadi Stadionuna daxil olmaq istəyən zaman insident yaranıb. Belə ki, Tirəxtur azarkeşləri üçün müəyyən limit nəzərdə tutulduğu üçün 20000-dən çox azarkeş stadiona buraxılmayıb. Onlar isə Azərbaycanın milli hüquqları ilə bağlı milli şüarlar səsləndiriblər. buda polislə onların arasında müəyyən gərginliyə səbəb olub. Deyilir ki, polis baş verən insidenti lentə alan Tirəxtur azarkeşlərinin telefon və kameralarını zəbt edib. Qeyd edək ki, oyun 2-2 nəticəsi ilə başa çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar