SON XƏBƏRLƏR

Urmuda iki nəfər Daşqalaq cəzasına məhkum edilib

2021.10.20, 07:36
Urmuda iki nəfər Daşqalaq cəzasına məhkum edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, öncədən məhkəmə tərəfindən daşqalağa məhkum edilmiş bir xanim və bir kişinin hökmü, Batı Azərbaycan Apelyasiya Məhkəməsi (dadqahe təcdid nəzər) tərəfindən təsdiqlənib. Daşqalaq hökmləri apelyasiya məhkəməsi tərəfindən təsdiqlənən iki məhkum, ailə dışı cinsi əlaqədə olduqda ittiham edilirlər. Hazırda 2010-cu il yanvar ayının 6-da hökmləri təsdiqlənən məhkumlar, Urmiyə zindanında saxlanılırlar. Xatırladaq ki, hər iki müttəhim vəkilsiz və müdafiəsiz bir şəkildə mühakimə olunublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar