SON XƏBƏRLƏR

Rəsmi Ankara Tel-Avivin üzrxahlığından razı qalıb

2021.10.20, 07:36
Rəsmi Ankara Tel-Avivin üzrxahlığından razı qalıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan İsraildən diplomatik olaraq istədikləri cavabı aldıqlarını bildirib. Ərdoğan keçirdiyi mətbuat konfransında İsraildən gələn məktubda üzr istənildiyini bildirib. O deyib ki, Türkiyə indiyə qədər hansı siyasəti yeridibsə, bundan sonra da həmin siyasətə sadiq qalacaq: “Bu məsələdə addımlarına nəzarət edəcək biri varsa, o da İsraildir. Biz də bəyanatlarımızda İsraildən bölgədə ədalətli olmasını istəmişik”. Xatırladaq ki, Türkiyənin İsrailə üzr istəmək üçün verdiyi vaxtın bitməsinə bir neçə saat qalmış İsrail xarici işlər nazirinin müavini Danni Ayalon ikinci üzr məktubunu yazıb. bu barədə İsrailin Haaretz qəzeti və Türkiyə mətbuatı geniş məlumat yayıb. Məlumata görə, İsrail xarici işlər nazirinin müavini həm Türkiyə səfiri Çelikkoldan, həm də Türk xalqından üzr istəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar