SON XƏBƏRLƏR

Güney Azərbaycanlı hüquq müdafiəçisi Yaşar Həkkakpura 6 ay həbs, 50 zərbə şallaq hökmü çıxarılıb

2021.10.20, 07:36
Güney Azərbaycanlı hüquq müdafiəçisi Yaşar Həkkakpura 6 ay həbs, 50 zərbə şallaq hökmü çıxarılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərtkəzinin əldə etdiyi məlumata görə, Zəncan şəhər məhkəməsinin 106-cı şöbəsi Güney azərbaycanlı olan hüquq müdafiəçisi Yaşar Həkkakpura 6 ay şərti cəza hökmü və 50 zərbə şallaq cəzası verib. Trend News təqsirləndirilən şəxsin özünə istinadən yaydığı məlumatda bildirir ki, o, İran rejiminə qarşı əks-təbliğat aparmaqda, internet səhifələrində ölkə rəsmilərinin şərəf və ləyaqətini təhqir edən məlumatlar yaymaqda, 21 azər günü şeir gecəsi təşkil etməkdə ittiham olunaraq 6 ay həbs və 50 zərbə şallaq cəza alıb. Həkkakpur 2005-ci ildə də Marağa polisi tərəfindən həbs olunmuş və bir aydan sonra zəmanətə buraxılmışdı. Həkkakpur inanır ki, o İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olduğu üçün və Zəncan Universitetinin nəzarət heyətinin icazəsi ilə "şeir gecəsi" təşkil etdiyi üçün barəsində cinayət işi açılıb. Yaşar Həkkakpur əvvəllər Cənubi Azərbaycanın Zəncan şəhərində çıxan "Qızılüzən" və "Zəngan sözləri" tələbə dərgilərinin baş redaktoru, Marağa şəhərində isə "Azərbaycan övladlarının evi" adlı qeyri-hökumət qurumunun təsisçilərindən idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar