SON XƏBƏRLƏR

İran-Ermənistan arasında daha bir yol çəkiləcək

2021.10.20, 07:36
İran-Ermənistan arasında daha bir yol çəkiləcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran-Ermənistan arasında daha bir yol çəkiləcək. Bu qərar iki ölkənin rəsmiləri arasında müzakirələdən sonra verilib. Məsələ ilə bağlı Ermənistanın nəqliyyat naziri Qurqen Sarqsyan İranın ölkədəki səfiri Səid Əli Saqayanla görüş aparıblar. Görüş zamanı müzakirə İranın “Şimal-Cənub” avtomagistralının tikintisində iştirakı, o cümlədən İran-Ermənistan dəmir yolu xəttinin tikintisinə dair məsələlər ətrafında aparılıb. "Şimal-Cənub" magistral yolunun inşaası üçün Asiya İnkişaf bankı 500 milyon dollar kredit ayırıb. Bu vəsaitin 60 milyon dolları bu il təqdim olunacaq. iranlı səfir isə ölkəsinin iş adamlarının və İran banklarının bu avtomagistralın tikintisində maraqlı ola biləcəyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar