SON XƏBƏRLƏR

Haitidə baş verən zəlzələdə ölənlərin sayı 100 min nəfəri keçə bilər

2021.10.20, 07:36
Haitidə baş verən zəlzələdə ölənlərin sayı 100 min nəfəri keçə bilər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin apa-ya istinadən yaydığı məlumata görə, Haitidə baş verən zəlzələdə ölənlərin sayı 100 min nəfəri keçə bilər. bu barədə Haitinin baş naziri Jan-Maks Belriv CNN telekanalına müsahibəsində bildirib. “Lakin ümid edirəm ki, bu belə deyil, insanlar dağıntılar altından çıxa biliblər. İndi küçələrdə o qədər adam var ki, biz onların harada yaşadıqlarını dəqiq bilmirik. Çoxlu sayda ev, bir sıra rayonlar isə tamam dağıldığından bəzi yerlərdə ümumiyyətlə insanlara rast gəlinmir, onların harada olduğundan xəbərimiz yoxdur”, - deyə, Belriv qeyd edib. Qeyd edək ki, yanvarın 13-də Haiti sahillərində 7,0 və 5,9 bal gücündə baş verən iki zəlzələ nəticəsində xeyli tikili, o cümlədən prezident sarayı və BMT-nin sülhməramlı missiyasının mənzil-qərargahı dağılıb. Çoxlu ölənlərin olduğu barədə xəbərlər gəlir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar