SON XƏBƏRLƏR

Əliyar Səfərli: Əgər Türklər İranda cəhənnəm həyatı yaşayırsa, necə Xameneinin türk olması ilə fəxr etmək olar?!

2021.10.20, 07:36
Əliyar Səfərli: Əgər Türklər İranda cəhənnəm həyatı yaşayırsa, necə Xameneinin türk olması ilə fəxr etmək olar?!

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi Azərbaycan Respublikasının İrandakı keçmiş səfiri professor Əliyar Səfərlinin Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə verdiyi müsahibəni olduğu kimi təqdim edir. _ Bir neçə gün bundan öncə Azərbaycanın əsas müxalifət qəzetlərindən olan "Yeni Müsavat”- da İran İslam Respublikasının dini rəhbəri Ayətullah Xamneyinin tərifləyici yazının getməsi bizlərdə təəccüb doğurmaya bilməz. Belə ki, bir neçə gün bundan öncə Hollandiyada yaşayan qondarma Talış Muğan Respublikasının rəhbəri Əlikram Hümbətov Ayətullah Xamneyiyə bəyanat ünvanlayaraq güya Azərbaycanda talışların haqq-hüquqlarının pozulduğunun, talışların haqqları uğrunda mücadilə aparan insanların İran agenti kimi ittiham olunduğunu bildirib. Xüsusi o talışların və farsların eyni kökə mənsubluğunu qeyd edib. "Yeni Müsavat” qəzeti Əlikram Hümbətovun səhv ünvana müraciət etdiyini, çünki, dini rəhbərin türk kökənli olması faktorunu irəli sürərək, Əhməd Nejata müraciət etməyi məsləhət görəndən sonra isə, yazı dini rəhbər haqqında geniş təriflərlə davam edib. Məqalədə az qala dini rəhbər İranda yaşayan türk millətinin təəssübkeşi, qəhrəmanı obrazında verilir. Azərbaycanın ağır vaxtlarında (AXC hakimiyyəti dönəmində) onun bilavasitə dəstəyi ilə yardımların edilməsini, bu fikri möhkəmlətmək üçün o, zaman İranla danışıqlar aparan (özüdə məxfi) AXC baş nazirini müavinin sözləri ilə qəzet təsdiqləməyə çalışır. Qəzet hətta ona Quzey Azərbaycanda abidənin qoyulmasını təklif edir. (bu, haqda məlumatı "Türküstan” qəzeti yayıb.) - Bu fikrin düzgün olub olmadığını təsdiqləmək üçün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri olmuş, professor Əliyar Səfərli Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinin suallarına aydınlıq gətirib. Sabiq diplomat bu, yanaşmanın düzgün olmadığını bildirib. Xamneyi İran rejimin güclənməsində xidməti olan bir şəxsdir. Həmin rejim indi türkləri əzir və onun fikirləri farsizm ideologiyası ilə köklənib. Onun dünya görüşü və yürütdüyü siyasət panfarsizm ideologiyasının çiçəklənməsinə və yüksəlməsinə xidmət edir. Mən bunu dəfələrlə şahidi olmuşam və əgər elə olmasaydı, İranda yaşayan türklər zülmlər içərisində yaşamızdılar. Düzdür o, Azərbaycan müsiqisini, tarixini, ədəbiyyatını yaxşı bilir. Ancaq, nə faydası...? Bu gün İranın əsas gücü sayılan və farslardan iki dəfə çox olan bir millətin dərgisi, qəzeti, məktəbi yoxdur. Türklərdən qat-qat azlıqda qalan Ermənilərin isə iki universiteti, məktəbləri, qəzetləri, jurnalları çıxır. Bəs, Xamneyinin türk olması ilə qürurlanmağına dəyərmi sualına Əliyar Səfərli maraqlı açıqlama verdi. Onunla neçə qürurlanmaq olar ki, rəhbərlik etdiyi ölkə Ermənistana maddi-mənəvi yardımlar edir və Güney Azərbaycan iqtisadiyyatı işğalçı ölkənin iqtisadiyyatinin inkişafına yönəldilib. Ermənistanın ayaqda durması üçün ona həyat verirlər. Mən səfir olarkən sərhəddə gözlərimlə görmüşəm ki, İran Ermənistana ərzaq-yeyinti, yanacaq məhsulları ilə təmin edir. Mən bu, fikri qəbul edə bilmərəm ki, Xamneyi türkdür və biz buna görə ona gəlib heykəl qoymalıyıq. Nəzərə alsaq ki, İranın Azərbayanla bağlı siyasəti məkrə, radikal şiəçiliyin bura ixracın köklənib. Hələ, mərhum prezidentimiz Heydər Əliyev İran rəsmiləri ilə görüşlərdə məntiqli əsaslandırması ilə İranın Ermənistana yardım etməsini düzgün olmadığını bildirirdi və siyasi faktlarla İran siyasətçilərini aciz qoyurdu. Mən bunu sizə o, görüşlərin canlı şahid kimi deyirəm. Əliyar Səfərli hazırda, İranın viza siyasətində ehtiyyatlı olmağı və bunun arxasında hesablanmış planların dayandığını deyən sabiq səfir: İran istəyir ki, Azərbaycanda tərəfdarları artsın və buna görə İranın strateji institutlar, beyin mərkəzləri gecə-gündüz çalışırlar. Azərbaycanda sosial-informativ baza yaratmaq istəyirlər ki, siyasətlərini rahat həyata keçirsinlər. Bu, İranın strateji xəttidir və milyonlarla pul xərclənir. Biz dahada güclü olmalıyıq və İrandan gələn təhlükələrin qarşısını almaq üçün cəmiyyətimiz ayıq olmalıdır.Elnur Elturk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar