SON XƏBƏRLƏR

İranda "Hümmət" qəzeti qapadıldı

2021.10.20, 07:36
İranda "Hümmət" qəzeti qapadıldı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda daha bir qəzet qapadılmış mətbuat siyahisinə düçüb. MEHR xəbər agentliyinin yaydığı məlumatda bildirilir ki, tanınmış qəzetin qapadılması Tehran şəhər məhkəməsinin 15-ci şöbəsinin hökmü ilə baş tutub. Hökmdə yalan xəbər yaymaq və ölkə rəsmilərini təhqir etmək, qəzetin qapadılması üçün səbəb kimi göstərilir. "Hümmət" qəzeti İranın hakim "Üsulgəra" (Mühafizəkarlar) düşərgəsinə aiddir. Qəzet bir il əvvəl də bir müddət bağlanmışdı. o zaman İranın Məsləhət Şurasının sədri Haşimi Rəfsəncaninin təhqir olunduğu səbəb kimi göstərilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar