SON XƏBƏRLƏR

Azərbaycan İrana təbii qaz ixrac edəcək

2021.10.20, 07:36
Azərbaycan İrana təbii qaz ixrac edəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan qazının İrana nəqli ilə bağlı gözlənilən qaz müqaviləsi imzalanıb. müqavilə Azərbaycan Dövlət Neft şirkəti ilə İran Milli Qaz Şirkəti arasında imzalanıb. 2010-cu ilin yanvar və aprel aylarını əhatə edən qısamüddətli müqavilə Dövlət Neft Şirkəti ilə İran Milli Qaz Şirkəti arasında imzalanıb. Müqaviləyə əsasən Azərbaycan qış mövsümündə İrana sutkada 1, 2 milyon kubmetr həcmində təbii qaz ixrac edəcək. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirdi ki, bu qaz hesabına İranın şimal bölgələrinin qaz təminatı yaxşılaşdırılacaq. Hazırda tərəflər arasında qaz alqı-satqısına dair uzunmüddətli müqavilə hazırlanır. Sənədin bu ilin yay aylarında imzalanması nəzərdə tutulur. İran Milli Qaz Şirkətinin prezidenti seyid Rza Kesaizadə bildirdi ki, ölkəsi Azərbaycandan qazın nəqli üçün bütün imkanlara malikdir. Qazın qiymətinə gəlincə bildirildi ki, bu formula üzrə müəyyənləşdirilir. Rövnəq Abdullayev Türkiyə tərəfi ilə də danıqışların davam etdirildiyini dedi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar