SON XƏBƏRLƏR

Ərdoğan Moskvada belə dedi: "Azərbaycan torpaqlarındakı işğala son qoyulmalıdır"

2021.10.20, 07:36
Ərdoğan Moskvada belə dedi: "Azərbaycan torpaqlarındakı işğala son qoyulmalıdır"

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "ans"-ə istinadən yaydığı məlumata görə, "Azərbaycan torpaqlarındakı işğala son verilməlidir". Rusiyaya səfəri çərçivəsində Moskva Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda "Türkiyənin Xarici Siyasəti" mövzusunda konfransda çıxış edən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan belə deyib. Baş nazir qeyd edib ki, Azərbaycan-Ermənistan probleminə həll tapılması həyati əhəmiyyət daşıyır və bu məsələdə xüsusilə Minsk Qrupunun həmsədr dövlətləri kimi ABŞ, Fransa və Rusiyanın üzərinə daha çox vəzifə düşür. "Minsk Qrupu qısa zamanda vəzifəsini yerinə yetirməlidir", - deyə Ərdoğan vurğulayıb. Türkiyə baş naziri hesab edir ki, xüsusilə Rusiya bu məsələ ilə bağlı daha aktiv ola bilər. "Xüsusilə Rusiyanın bu məsələdə birinci dərəcəli rol oynaya biləcəyinə inanıram", - deyən baş nazir qeyd edib ki, Moskvaya səfərində müzakirə edəcəyi mövzulardan biri də budur. "Ermənistanın Qarabağı işğal etdiyini bilirsiniz. BMT-nin bununla bağlı qərarı var, belə bir işğalın olduğunu onsuz da BMT də qəbul edir. Elə isə burada qısa zamanda ədalətli qərar reallaşdırılacaq. İnanıram ki, Türkiyə-Ermənistan əlaqələri də çox müsbət şəkildə həll olunacaq", - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar