SON XƏBƏRLƏR

qətlə yetirilmiş professorun “yaşıl hərəkat”ın qatı tərəfdarı olduğu bildirilir

2021.10.20, 07:36
qətlə yetirilmiş professorun “yaşıl hərəkat”ın qatı tərəfdarı olduğu bildirilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Evinin qarşısında qətlə yetirilən Tehran Universitetinin fizika müəllimi Məsud Əliməhəmmədinin 2009-cu ilin iyununda keçirilən prezident seçkisi zamanı əsas müxalif namizəd Mirhüseyn Musəvini müdafiə etdiyi, İrandakı “yaşıl hərəkat”ın qatı tərəfdarı olduğu üzə çıxıb. Hadisədən sonra İran hakimiyyətinə bağlı mənbələr M.Əliməhəmmədinin hökumət tərəfdarı, mömin və inqilabçı bir müəllim olduğunu, terror aktının isə ABŞ və İsrailin İrandakı agentlərinin törətdiyini bildirmişdi. adlarının çəkilməsini istəməyən bir neçə tələbə M.Əliməhəmmədinin M.Musəvinin tərəfdarı olduğunu, universitetdə “yaşıl hərəkat”ın lehinə apardığı fəaliyyətlərinə görə dəfələrlə təhdid edildiyini vurğulayıb. Həmçinin ötən ilki prezident seçkisi zamanı M.Musəviyə dəstək verəcəyini bildirən Tehran Universitetinin 420 müəlliminin birgə imzalayıb yaydığı bəyanatın mətni yenidən internet səhifələrində yerləşdirilib. Həmin bəyanatı imzalayanlar arasında M.Əliməhəmmədinin də adı var. Bəzi müxalif mənbələr M.Əliməhəmmədinin qətlə yetirilməsini hakimiyyətdəki radikal dairələrin müxalifəti fiziki baxımdan məhv etmək üçün hazırladığı ssenarinin bir hissəsi kimi qiymətləndirir. M.Əliməhəmmədi yanvarın 12-də səhər Tehranın Qeytəriyyə məhəlləsindəki evindən çıxıb avtomobilinə minərkən yaxınlıqdakı zibil yeşiyində quraşdırılmış, uzaqdan idarə olunan bombanın işə salınması nəticəsində yerindəcə həlak olub.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar