SON XƏBƏRLƏR

Urmu Gölü 20 ilə qədər quruya bilər

2021.10.20, 07:36
Urmu Gölü 20 ilə qədər quruya bilər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Dünya Bankının maddi yardımı ilə mütəxəssislərin apardığı araşdırmaya görə, bu vəziyət dəvam edərsə Güney Azərbaycanın Urmu şəhərinin yanında yeləşən Urmu Gölü yaxun 20 il ərzində tarixə qovuşa bilər. Mütəxəssislərin fikricə quruma prosesinin qarşısını almaq üçün Gölün hövzəsində yerləşən baraj (Səd) sularını Gölə tərəf hidayət etmək lazimdır. Bu zəmində Doğu Azərbaycanın Şura Rəisi bildirib ki, Dövlət Heyəti Araz Çayının suyunu Urmu Gölünə tərəf hidayət etməyi nəzərə alıb. Əhəd Raşid Ekoloji fəalları ilə keçirdiyi iclasda qeyd edib ki, son 13 ildə Gölün su səthi 6 metr aşağı düşüb. O bildirib ki, ətrafda olan 9 ada sudan quruyub və təmamı ilə quruluğa çevrilib. Mütəxəssislər barajların (Səd) yaradılması, klassik və qeyr mexanizə əkin suvarma şərtlərini, Urmu Gölünün qurumasında əsas səbəb kimi görürlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar