SON XƏBƏRLƏR

Mərhum Bəxtavərin dəfn mərasimində tutulmuş milli-mədəni fəallar hələdə həbsdə saxlanılır

2021.10.20, 07:36
Mərhum Bəxtavərin dəfn mərasimində tutulmuş milli-mədəni fəallar hələdə həbsdə saxlanılır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, 2009-cu il dekabr ayının 29-da tanınmış Milli fəal Mərhum Çingiz Bəxtavərin dəfn mərasimində tutulmuş milli-mədəni fəallar hələdə həbsdə saxlanılırlar. Onlar milli fəalın mərasimində iştirak edib, milli marşımızı oxuyub və Azərbaycan xalqına bu itki münasibəti ilə başsağlığı verdikləri görə İran Dövlət Qüvvələri tərəfindən yaxalanıblar. Onların bir neçəsinin kimliyi İbrahim Fərəczadə, Hadi Murtaza Silab, Əli Təhəmtən, Rza Əbri, Huşəng Rzayi, Fərzin Əsğəri, Əli İmani, Məhəmmədrza Yusifi və Yəqub Vicudidən ibarətdir. Dəfn mərasimində digər yaxalanmış İbrahim Asimani və Mehdi, Məcid və Nəsib Cavadpurda vəsiqə müqabilində azadlığa buraxılıblar. Xatırladaq ki, dəfn mərasimində 23 milli fəalın tutulduğu bəllidir. Ancaq üstə adını çəkdiklərimizdən başqa tutulanların kimliyi haqqında hələlik məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar