SON XƏBƏRLƏR

Bənəniyar kəndinin qarışmasında İranın izi görünür

2021.10.20, 07:36
Bənəniyar kəndinin qarışmasında İranın izi görünür

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "musavat"-a istinadən yaydığı məlumata görə, Culfanın ən iri yaşayış məntəqələrindən olan Bənəniyar kəndində həyəcanlı vəziyyət qalmaqdadır. Kənddən Daxili Qoşunların texnikasının çıxarılmasına və polis postunun götürülməsinə baxmayaraq, sakinlər hələ də küçəyə çıxmağa ehtiyat edirlər. Ancaq bəzi məlumatlara görə, içərisində polis və mülki geyimli adamların olduğu avtomobillər hələ də kənddə keşik çəkirlər. Apardığımız araşdırmalar zamanı o da məlum olub ki, hadisədə müəyyən qızışdırma meylləri olub.Belə ki, kəndə əvvəllər də mütəmadi şəkildə İrandan dindarlar gəlib gedirmiş. Bənəniyarda həmçinin Türkiyənin bəzi dini cərəyanlarının nümayəndələri iş aparmağa cəhd ediblər. Kənd sakinlərindən birinin dediyinə görə, kənddə təsir altına düşənlər var: “Başqa kəndlərdən fərqli olaraq Bənəniyarda Aşura mərasimləri tarixən daha geniş şəkildə qeyd edilib. Hər il mərasimdə iştirak etmək üçün qonşu İrandan da xeyli dindar gəlir. Aşura günü kənddə yüzlərlə avtomobil olur. 25-25 ton ət kəsilir, çadırlar qurulub ehsan verilir. Zəncir vurma, baş yarma mərasimləri keçirilir. Hətta İrandan gələn mollalar deyirlər ki, Kərbəla müsibəti görmək istəyənlər Bənəniyara gəlsinlər. Bu il baş yarma qadağan edildi. Ancaq Aşura mərasimində 100-dən yuxarı adamın başı yarıldı”. Ertəsi gün isə polis həmin adamları həbs etmək üçün kəndə daxil olub. Nəticədə polislə camaat arasında qarşıdurma yaranıb. Bu zaman atasının döyülməsinə dözməyən 34 yaşlı kənd sakini Yunis Əliyev polisin hərəkətlərinə etiraz əlaməti kimi üzərinə benzin tökərək özünü yandırıb. Y.Əliyev polislərin köməyi ilə Naxçıvan şəhər xəstəxanasına yerləşdirilib. Amma bir qrup kənd sakini hadisədən bir necə gün sonra Y.Əliyevi müalicə üçün qaçaq yolla Təbrizə yola salıb. Lakin yanvarın 5-də İranın təxribatcı “Səhər” telekanalı Y.Əliyevin Təbriz xəstəxanalarının birində öldüyü barədə xəbər yayıb: “İlk olaraq belə məlumat yayıldı ki, guya ona iynə vuraraq öldürüblər. Bu da camaatın etirazına səbəb oldu və Aşura mərasimindən 8 gün sonra kəndə daxili qoşun hissələri yeridildi. Yanvarın 5-i günorta saatlarında kəndə daxil olan polislər qoca-uşaq demədən hamını döydülər”.Adının çəkilməsini istəməyən müsahibimizin sözlərinə görə, bu gün Bənənyarda elə ailə yoxdur ki, orda həbs olunan olmasın: “Hətta Bakıda yaşayan kənd sakinləri də Naxçıvana aparılaraq dindirilir. Yüzə qədər adamın harda olduğu isə bəlli deyil. Kəndə qayıdanlar bəzi məhbusların Böyükdüz təcridxanasında saxlandığını deyirlər”.Məlumat üçün bildirək ki, hazırda kənddə təxminən 4 min adam yaşayır. Kənd Culfadan 35, Naxçıvandan 30 km aralı yerləşir. Naxçıvanın ən iri su anbarı bu kənddədir. Qonşu kəndlərdən fərqli olaraq, Bənəniyarın orta ümumtəhsil məktəbi olub. Sakinlər kəndin tanınmışları sırasında professor İzzət Bənəniyarski, Təbriz Bənəniyarlı, Nazim Nəcəfquliyev, Akim Əliyevin adlarını çəkirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar