SON XƏBƏRLƏR

Bakıdan hərəkət edən avtomobilin Qarabağdan keçərək İrəvan və Naxçıvan vasitəsilə Qarsa gedəcəyi bir bölgə yaratmaq istəyirik

2021.10.20, 07:36
Bakıdan hərəkət edən avtomobilin Qarabağdan keçərək İrəvan və Naxçıvan vasitəsilə Qarsa gedəcəyi bir bölgə yaratmaq istəyirik

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Londondakı “King’s College”də “Türkiyə və İngiltərənin genişləndirilmiş Avropa Birliyi və digər yerlərdə birləşən mənafeləri” mövzusunda keçirilən konfransda çıxış edib. İngiltərəyə işgüzar səfəri çərçivəsində konfransa qatılan nazir çıxışında əsasən ikitərəfli münasibətlər və Yaxın Şərqdəki vəziyyətdən danışıb. O, “Türkiyə Ermənistanla imzaladığı protokolları qeyd-şərtsiz imzalayacaqmı” sualına “bu məsələdə hökumətimiz əlindən gələni edir” cavabını verib. Ə. Davudoğlu Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması və bölgədəki gərginliyin aradan qaldırılması istiqamətində siyasət yeritdiyini diqqətə çatdırıb: “Biz Bakıdan hərəkət edən bir avtomobilin Qarabağdan keçərək İrəvan və Naxçıvan üzərindən Qarsa gedə biləcəyi bir bölgə yaratmaq istəyirik”. Nazirin fikrincə, Qafqazdakı problemlərin həlli üçün ölkələr arasında iqtisadi bağlılığı artırmaq lazımdır. O, Türkiyənin bu məqsədlə Suriya ilə 51, İraqla 48 saziş imzaladığını, Gürcüstanın Batumi şəhərindəki hava limanından Türk Hava Yollarının daxili uçuş terminalı kimi istifadə olunduğunu söyləyib.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar