SON XƏBƏRLƏR

İran rəhbərlərinin bank hesablarının üstü açılıb

2021.10.20, 07:36
İran rəhbərlərinin bank hesablarının üstü açılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran Rejimi nümayəndələri varidatlarını Almaniya, Ərəb ölkələri, Türkiyə və Avropa banklarında saxlayırmış. İran İslam Respublikasının bir sıra hazırkı və keçmiş rəsmilərinin, onların övladlarının, qohumlarının dünyanın müxtəlif ölkələrinin banklarında yatırdığı pulların miqdarı açıqlanıb. “Media forum” saytı xəbər verir ki, bir iranlı bank işçisi pulların miqdarını konkret şəxslərin adları ilə birlikdə CNN telekanalına təqdim edib. Siyahı telekanalın internet səhifəsində yerləşdirilib. Siyahıda 67 İran rəsmisinin adı var. “Media forum” onlardan bir neçəsini təqdim edir: 1. Əli Laricani (İran parlamentinin sədri) - 185 milyon avro Avstraliyada, 16 milyon avro Birləşmiş Ərəb Əmirliklərində, 112 milyon avro Malayziyada. 2. Hüseyn Taib (“Bəsic” təşkilatının komandanı) - 122 milyon dollar Birləşmiş Ərəb Əmirliklərində, 42 milyon avro İtaliyada. 3. Mehdi Əhmədinejad (İran prezidenti Mahmud Əhmədinejadın oğlu) - 18 milyon avro Belçikada, 45 milyon avro İsveçrədə, 44 milyon dollar İslam Şəriəti bankında. 4. Davud Əhmədinejad (Mahmud Əhmədinejadın qardaşı) - 55 milyon dollar və 48 milyon avro Birləşmiş Ərəb Əmirliklərində, 8 milyon dollar Rusiyada. 5. İsfəndiyar Rəhim Məşayi (prezident Mahmud Əhmədinejadın qudası) - 5,2 milyon dollar Almaniyada, 32 milyon dollar İtaliyada, 41 milyon dollar Dubayda. 6. Müctəba Xamneyi (dini rəhbər Əli Xamneyinin oğlu) - 1 milyard funt-sterlinq Böyük Britaniyada (sanksiyalara məruz qalaraq dondurulduğu güman edilir), 2,2 milyard avro Almaniyada, 766 milyon dollar Qətərdə, miqdarı bəlli olmayan məbləğdə isə İsveçrə banklarında. 7. Naziyə Xamneyi (dini rəhbər ayətullah Xamneyinin qızı) - 7 milyon dollar Türkiyədə, 56 milyon avro Almaniyada, 122 milyon funt-sterlinq Böyük Britaniyada. 8. Səkinə Xamneyi (dini rəhbər ayətullah Xamneyinin ailə üzvü) - 25 milyon dollar Malayziyada, 14 milyon dollar Qətərdə, 112 milyon dollar Dubayda. 9. Qulaməli Həddad Adil (İran parlamentinin keçmiş sədri, ayətullah Əli Xamneyinin qudası) - 12 milyon dollar Türkiyədə, 2,4 milyon dollar Malayziyada, 43 milyon dollar Birləşmiş Ərəb Əmirliklərində. 10. Əhməd Vəhidi (“Sepah” rəsmisi) - 32 milyon dollar Birləşmiş Ərəb Əmirliklərində, 65 milyon dollar Türkiyədə, 122 milyon dollar Almaniyada (Almaniyadakı hesabının dondurulduğu güman edilir). 11. Sadıq Məhsuli (keçmiş daxili işlər naziri) - 14 milyon avro Birləşmiş Ərəb Əmirliklərində, 24 milyon dollar Türkiyədə, 3 milyon avro Malayziyada. 12. Əli Əkbər Vilayəti (keçmiş xarici işlər naziri, hazırda dini rəhbər ayətullah Xamneyinin baş məsləhətçisi) - 244 milyon avro Almaniyada, 6 milyon avro Avstraliyada, 56 milyon dollar Malayziyada. 13. Qulamhüseyn İlham (İran hökumətinin keçmiş sözçüsü) - 25 milyon dollar Dubayda, 13 milyon dollar Türkiyədə, 17 milyon dollar İsveçrədə, 700 min dollar Beyrutda. 14. Həbibulla Əsgərövladi (hazırkı hökumətin qatı tərəfdarı olan İslam Koalisiyası Partiyasının rəhbəri) -172 milyon dollar Belçikada, 120 milyon avro Almaniyada, 420 milyon dollar “Əl-Naxal” şirkətində, 42 milyon dollar Türkiyədə, 219 milyon dollar Malayziyada. 15. Müctəba Mesbah Yəzdi (ayətullah Mesbah Yəzdinin oğlu) - 184 milyon dollar Dubayda, 221 milyon dollar “Əl-Naxal” şirkətində. 16. Əli Mesbah Yəzdi (ayətullah Mesbah Yəzdinin oğlu) - 45 milyon dollar Birləşmiş Ərəb Əmirliklərində, 17 milyon dollar Türkiyədə, 65 milyon funt-sterlinq Böyük Britaniyada, 75 milyon dollar Cənubi Afrikada, 110 milyon avro Almaniyada.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar