SON XƏBƏRLƏR

rəsmi Tel-Aviv Ankaradan üzr istədi

2021.10.20, 07:36
rəsmi Tel-Aviv Ankaradan üzr istədi

Gunaz.tv
günaz.tv Mətbuat mərkəzinin "ans"-ə istinadən yaydığı məlumata görə, İsrail xarici işlər nazirinin müavini Danni Ayalon yanvarın 11-də baş verən insidentə görə Türkiyənin bu ölkədəki səfiri Əhməd Oğuz Çelikkoldan üzr istəyib. İsrail qəzeti "Haaretz"in internet saytında yerləşdirilən məlumata görə, İsrail xarici işlər nazirinin müavini Danni Ayalon bununla bağlı gecə saatlarında xüsusi üzr bəyanatı yayıb. Bəyanatda Ayolon, problemin diplomatik yollarla həll edilməsinin lazım olduğunu qeyd edib.Nazir müavininin bəyanatında bildirilir: "Səfirə hörmətsizlik etmək istəmirdim. Gələcəkdə daha diqqətli olacam. Məqsədim elçilərin qürurlarıyla oynamaq deyil". D. Ayalon bundan sonra xarici diplomatlara etirazlarını daha diplomatik yollarla ifadə edəcəyini də qeyd edib.Qəzetin yazdığına görə, bəyanatda Türkiyənin təcili olaraq üzr tələb etməsi və Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun, London keçirdiyi mətbuat konfransında, "İsrail nə vaxt sülh siyasəti yeridərsə, o zaman Türkiyə-İsrail əlaqləri normal ola bilər" ifadəsi də yer alıb. Xatırladaq ki, ötən axşam Türkiyə İsraildəki səfirini geri çağırıb. “The Jerusalem Post” qəzetinin məlumatına görə, rəsmi Ankaranın bu addımı atmasına İsrail xarici işlər nazirinin müavininin türkiyəli diplomatla təhqiramiz davranışı səbəb olub. Türkiyə səfiri Oğuz Çelikkol qəzetə bildirib ki, Ankaraya qayıdır və İsrailə gəlib-gəlməyəcəyini dəqiq bilmir.Rəsmi Ankaranın demarşından əvvəl Türkiyənin İsraildəki səfirliyi bəyanat verərək, İsrail XİN-dən üzr istəməsini tələb edib. Səfirlik bəyan edib ki, əks təqdirdə Türkiyə tərəfinin cavabı sərt olacaq.Diplomatik qalmaqal İsrail xarici işlər nazirinin müavini Danni Ayalonun səfir Oğuz Çelikkolu “Kurtlar Vadisi-Pusu” serialı ilə bağlı söhbətə çağırması ilə başlayıb. Bəzi məlumatlara görə, görüş çərşənbə axşamı baş tutmalı olsa da, səfirə bir gün əvvəl xəbərdarlıq ediblər ki, görüş televiziyaların kameraları qarşısında keçəcək.Görüşdən əvvəl Danni Ayalon ivritcə yerli jurnalistlərə müraciət edib. O deyib ki, özü adi stulda, səfir Oğuz Çelikkol isə alçaq taxtda oturacaq. Bundan başqa, türkiyəli səfiri adəti üzrə nazirlikdə yox, Danni Ayalonun Knessetdəki kabinetində qəbul ediblər. Əvvəlcədən otaqdan Türkiyə bayrağı götürülüb, sərinləşdirici içkilər yığışdırılıb. Oğuz Çelikkol qəbulu yarım saat dəhlizdə gözləməli olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar