SON XƏBƏRLƏR

Ermənistanın Konstitusiya Məhkəməsi Sürix protokollarının Konstitusiyaya uyğun olduğunu təsdiq edib

2021.10.20, 07:36
Ermənistanın Konstitusiya Məhkəməsi Sürix protokollarının Konstitusiyaya uyğun olduğunu təsdiq edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistanın Konstitusiya Məhkəməsi Türkiyə və Ermənistan arasında imzalanmış Sürix protokollarının Konstitusiyaya uyğun olduğunu təsdiq edib. Dünən səhər saatlarından etibarən məhkəmədə protokollarla bağlı dinləmələr keçirilib. İclasda Ermənistan prezidentini rəsmi olaraq xarici işlər naziri Edvard Nalbandyan təmsil edib. Bununlada Ermənistanın Konstitusiya Məhkəməsi bir əsrdən artıq düşmənçilikdən sonra Türkiyə ilə diplomatik əlaqələrin yaradılmasının Ermənistan konstitusiyasına uyğun olduğu haqda qərar çıxarıb. Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını və sərhədlərin açılmasını nəzərdə tutan protokollar 2009-cu il oktyabrın 10-da Sürixdə imzalanıb. Protokolları Ermənistan və Türkiyə xarici işlər nazirləri, Edvard Nalbandyan və Əhməd Davudoğlu imzalayıb. İmzalanma mərasimində Fransa, ABŞ, Rusiya və İsveçrənin xarici işlər nazirləri iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar