SON XƏBƏRLƏR

Naxçıvanda Avtomobil istehsal edilir

2021.10.20, 07:36
Naxçıvanda Avtomobil istehsal edilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Hazırda Naxçıvan Muxtar Respublikasında (NMR) yaxın vaxtlarda istismara verilən yeni Avtomobil Zavodu Çin istehsalı olan 108 "Lifan" markalı avtomobilin komplekt yığılmasını həyata keçirir. "Artıq 108 komplektin yığılmasına başlanılıb, yaxın vaxtlarda daha 161 komplektin gətirilməsi gözlənilir", - müəssisədən deyilib. Zavodun istehsal gücü ildə 4-5 min avtomobildir. Avtomobillərin qiyməti 8-14 min dollar təşkil edir. Hazırda zavodun qarşısına qoyulan məqsəd NMR-in avtomobil tələbatını və bu avtomobillərin Türkiyə və İran bazarlarına çıxarılmasını təmin etməkdir. "Hazırda yerli bazarlarda bu avtomobilə böyük tələbat var. Bu avtomobillərə xidmət etmək üçün artıq servis mərkəzi açılır", - mənbə deyib.trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar