SON XƏBƏRLƏR

Milli-mədəni fəal Hadi Murtaza Silab Təbriz "ETTELAAT"-da saxlanılır

2021.10.20, 07:36
Milli-mədəni fəal Hadi Murtaza Silab Təbriz "ETTELAAT"-da saxlanılır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İsfahan universitetinin öyrəncisi milli-mədəni fəal cənab Hadi Murtaza Silab 2 həftə öncə bir neçə digər milli fəalla birlikdə mərhum Çingiz Bəxtavərin dəfn mərasimində tutulub naməlum istiqamətə götürülmüşdür. Güney saytlarından aldığımız məlumata əsasən adını çəkdiyimiz milli-mədəni fəal 10 gün tutulduqdan sonra öz ailəsinə bir qısa zəng edir və Təbriz "ETTELAAT"-da olduğunu bildirir. Cənab Hadi Murtaza ailə üzvlərinə bildirir ki, onu azad etmək üçün vəsiqə hazırlasınlar. Buna rəğmən o bir daha zəng etməyib və onun durumu ilə bağlı artıq məlumat yoxdur. Xatırladaq ki, 25 yaşlı öyrənci fəal cənab Hadi Mu rtaza İsfahan universitetində "Dan Ulduzu" nəşriyəsini sabiq baş redaktoru olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar