SON XƏBƏRLƏR

Təbrizin "Vəliəsr" univermağında ağır yanğın baş verib

2021.10.20, 07:36
Təbrizin "Vəliəsr" univermağında ağır yanğın baş verib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın siyasi mərkəzi olan Təbriz şəhərinin "Vəliəsr" univermağında ağır yanğın baş verib. FARS xəbər agentliyinin dünənki (11 yanvar) yaydığı məlumatda bildirilir ki, Yanğın univermağın zirzəmisində kimyəvi məhsullar saxlanılan anbardan başlayıb. Hadisə nəticəsində univermağın bir neçə mağazasına külli miqdarda ziyan dəyib. Yanğın yerli vaxtla saat 01:05 dəqiqədə başlayıb və 4 yanğınsöndürmə briqadası hadisə yerinə gəlib. Yanğını üç saat yarımdan sonra söndürmək mümkün olub. Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar