SON XƏBƏRLƏR

Heydər Camal: Sergey Lavrovun ardınca Ərdoğan İrəvana səfər edəcək

2021.10.20, 07:36
Heydər Camal: Sergey Lavrovun ardınca Ərdoğan İrəvana səfər edəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu gün Moskvaya başlayacaq səfərini şərh edən Rusiya İslam Komitəsinin sədri, Rusiyada yaşayan azərbaycanlı politoloq Heydər Camal deyib ki, “Türkiyə ilə Rusiyanın yaxınlaşması prosesi çoxdandır, davam edir. Azərbaycan üçün ən əsası odur ki, Ərdoğan Moskvadan sonra Ermənistana səfər etmək niyyətindədir”. “Cənubi Qafqazda və ümumiyyətlə ön Asiyada bu gün əsas intriqanı Ermənistan-Türkiyə münasibətləri təşkil edir və burada Ankara-Moskva-İrəvan-Tehran dördbucağı formalaşır. Bu isə, əlbəttə ki, nə NATO, nə də ABŞ-ı qane edir”, - deyə H. Camal vurğulayıb. Politoloqun fikrincə, əsas məsələ bu dördbucağın nə qədər ciddi formalaşmasıdır: “Çünki onun nə qədər ciddi olacağı şübhə doğurur. Maraqlısı odur ki, bu prosesdən ən çox narahatçılıq hiss edən Ermənistandır. Çünki Ermənistan müxalifəti və Ermənistan diasporu Türkiyə ilə münasibətlərin qurulması perspektivini çox neqativ qarşılayır. Müxalifət bu situasiyadan yararlanaraq, Serj Sarkisyan hakimiyyətini silkələmək istəyir. Hesab edirəm ki, baş verənlər 2010-cu ili xarakterizə edəcək kəskin və radikal hadisələrin başlanğıcıdır, biz bu oyunun iştirakçılarının rəhbər heyətində gözəçarpan dəyişikliklər görə biləcəyik”. Ərdoğanın İrəvan səfəri barədə məlumatın dəqiq olub-olmadığı barədə sualı cavablandıran H. Camal deyib ki, bu barədə ona mötəbər mənbələrdən bilgi verilib: “Mənə bildirilib ki, Sergey Lavrovun ardınca Ərdoğan İrəvana səfər edəcək”. Ərdoğanın İrəvana səfərinin məqsədinin nədən ibarət olacağı ilə bağlı suala cavab verən H. Camal Türkiyə ilə Ermənistan arasında ötən il oktyabrın 10-da Sürixdə imzalanmış protokolların ratifikasiyası ilə bağlı böyük problemlərin olduğuna diqqət çəkib: “Hesab edirəm ki, İrəvanda həssas məsələlər müzakirə olunacaq, İranla münasibətlər, kürd məsələsi və əlbəttə ki, Qarabağın taleyi ilə bağlı ciddi müzakirələr aparılacaq”.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar