SON XƏBƏRLƏR

27 iranlı diplomat xarici ölkələrdən siyasi sığınacaq istəyib

2021.10.20, 07:36
27 iranlı diplomat xarici ölkələrdən siyasi sığınacaq istəyib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "mediaforum"-a istinadən yaydığı məlumata görə, Hazırda İsveçdə mühacirətdə yaşayan İranın Hindistan, Pakistan və Əfqanıstan üzrə keçmiş səfiri Əli Əkbər Ümidmehr bildirib ki, son bir ilə yaxın müddətdə 27 iranlı diplomat xarici ölkələrdən siyasi sığınacaq istəyib. İranın Oslodakı konsulu Məhəmmədrza Heydəri iki həftə əvvəl tutduğu vəzifədən istefa verərək Norveç hökumətindən siyasi sığınacaq istəyib. Norveç telekanalına müsahibəsində M.Heydəri demişdi: “Mənim istefam İran İslam Respublikasının son aylarda dinc yolla azadlığını və öz hüququnu tələb edən vətəndaşlara qarşı kütləvi qırğın siyasəti yeritməsinə görədir. Öz gənclərini dəstə-dəstə qətlə yetirən, onları zindana salıb işgəncə verərək zorlayan rejimi müdafiə edə bilmərəm”. “Avropa ölkələrinə sığınan iranlı diplomatların kimlikləri niyə mətbuata çıxarılmayıb” sualını cavablandıran Ə.Ə.Ümidmehr bunu Avropa ölkələrinin qanunları, siyasi sığınacaq tələb edən şəxsin statusu tam müəyyənləşənə qədər onun kimliyinin gizli saxlanması prinsipi ilə əlaqələndirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst yanvarın 12-də jurnalistlərə açıqlamasında iranlı diplomatların xidmət etdikləri ölkələrdə tutduqları vəzifələrdən istefa verməsi, öz ailə üzvləri ilə birlikdə Avropa ölkələrindən siyasi sığınacaq istəməsi xəbərlərini rədd edib: “Bu xəbərlər yalan və saxtadır. Bunlar siyasi motivli əsasız və qərəzli xəbərlərdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar