SON XƏBƏRLƏR

3 milli-mədəni fəalın ittihamlarına baxan məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
3 milli-mədəni fəalın ittihamlarına baxan məhkəmə iclası keçirilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanlı 3 milli-mədəni fəalın ittihamlarına baxan məhkəmə iclası keçirilib. Məhkəmə iclası Təbriz şəhərində 2010-cu il yanvar ayının 4-də keçirilir. Adını çəkdiyimiz milli-mədəni fəallar ümumi asayişi pozmaqda ittiham olunurlar. Onların vəkili cənab Nağı Mahmudidir. Adını çəkdiyimiz milli-mədəni fəallar 2008-ci il oktyabr ayının 28-də Təbriz universiteti tələbələrinin həbsdən çıxarkən qarşılama mərasimində tutulmuşdular. Onlar Təbriz zindanının qarşısında yaxalanıb bir neçə saat sorğu-sualdan sonra azadlığa buraxılmışdılar. Sonra Cəmişid Zraei və Vəhid Şeyxbeyglu bir daha ETTELAAT (İranın Kəşfiyat Nazirliyi) tərəfiondən yaxalanıb və ardıcıllıqla 9 və 49 gün həbsdən sonra mülki vəsiqə müqabilində azadlığa buraxılmışdılar. Qeyd edək ki Cəmişid Zarei 22 may hadisələrinin il dönümü mərasimini təşkil etmək ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilib və hazırda məhkumiyət dövrünü keçirməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar