SON XƏBƏRLƏR

Azərbaycan Respublikası daha 10 ölkədə diplomatik nümayəndəlik açacaq

2021.10.20, 07:36
Azərbaycan Respublikası daha 10 ölkədə diplomatik nümayəndəlik açacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası xarici ölkələrdə diplomatik nümayəndəliklərinin sayını artırır . Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıxov jurnalistlərə açıqlamasında bildiribki, Serbiya, Oman, Argentina, Tailand, Xorvatiya, Liviya, Livan, Estoniya kimi ölkələrdə və Gürcüstanın Batumi şəhərində diplomatik nümayəndəliyin açılması planlaşdırılır. Nazir müavini Fələstinin Azərbaycanda səfirlik açmasının da gündəmdə olduğunu bildirib. Onun sözlərinə görə, Hazırda dünyanın müxtəlif ölkələrində Azərbaycanın 65 diplomatik nümayəndəliyi fəaliyyət göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar