SON XƏBƏRLƏR

Tehran rejimi Aşura günü saxlanılmış şəxslərin mühakiməsinə başlayır

2021.10.20, 07:36
Tehran rejimi Aşura günü saxlanılmış şəxslərin mühakiməsinə başlayır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Dekabrın 27-də - Aşura günü Tehran şəhərində keçirilmiş aksiyalar zamanı tutulan bəhailərin məhkəməsi olacaq. şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi dövlət əleyhinə çağırışda ittiham olunan 5 müttəhimdən birinin məhkəməsinin bu həftə olacağını açıqlayıb. O bildirib ki, həmin şəxs digər 4 müttəhimlə birgə dekabrın 27-də aksiya və qarşıdurmaların planlı şəkildə həyata keçməsini hazırlamaqda təqsirləndirilir. Axtarış zamanı onların evlərindən küllü miqdarda silah-sursat aşkar olunub. Dövlətabadi Tehranda keçirilmiş aksiyalar zamanı saxlanmış Dubay televiziyasının alman əsilli müxbirinin ötən gün azad olunduğunu, həmin televiziyanın Suriya əsilli əməkdaşının isə bu gün azad ediləcəyini bildirib.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar