SON XƏBƏRLƏR

mədəni fəal cənab Səid Çələbyani azadlığa buraxılıb

2021.10.20, 07:36
mədəni fəal cənab Səid Çələbyani azadlığa buraxılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycanlı mədəni fəal 2010-cu il yanvar ayının 2-də 200 min dollarlıq mülki vəsiqə müqabilində Təbriz zindanından azadlığa buraxılıb. Cənab Çələbyani keçən ay 21 Azər mərasimləri ərəfəsində tutulmuşdur. O 24 gün müvəqqəti həbsdən sonra mülki vəsiqə qarşılıqında azadlığa buraxılıb. Cənab Çələbyani 21 Azər ərəfəsində bir milli-mədəni fəalın öz evində təşkil etdiyi şeir və musiqi mərasimində tutulmuşdur. Mərasim sadəcə şeir və Azərbaycan musiqisindən ibarət olsada İran Təhlükəsizlik Qüvvələri mərasimə hücum edərək iştirakçıların üzünə bibər qazı səpib və onların şəxsiyət vəsiqəsini aldıqdan sonra özləri ilə birlikdə saxlama məntəqəsinə götürmüşdür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar