SON XƏBƏRLƏR

İran vətəndaşından külli miqdarda heroin və həşiş qətranı aşkar edilib

2021.10.20, 07:36
İran vətəndaşından külli miqdarda heroin və həşiş qətranı aşkar edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran İslam Respublikasından Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsi faktı aşkarlanıb. İmişli rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslan Respublikası vətəndaşı Əsədi Məmməd Hüseyn oğlunda külli miqdarda - 2 kiloqram 120 qram heroin və 7 kiloqram 800 qram narkotik vasitə olan həşiş qətranı aşkar edilib. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, M. Əsədi narkotik vasitəni İrandan qaçaqmalçılıq yolu ilə satmaq üçün Azərbaycana gətirib.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar