SON XƏBƏRLƏR

Güney Azərbaycan Ermənistana "işlədilir"? . S.Soltan

2021.10.20, 07:36
Güney Azərbaycan Ermənistana "işlədilir"? . S.Soltan

Gunaz.tv
İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, Qarabağ məsələsinin həllində Azərbaycan Respublikasının ədalətli mövqeyini dəstəkləyirlər. Ancaq bütün başqa işlərində olduğu kimi, Tehran rəsmilərinin bu bəyanatı da sözdən o yana getmir. Gerçəkdə tamam başqa məzmunlu işlər olur. Bunları isə nə İran, nə də Azərbaycan toplumundan gizlətmək mümkün deyildir. "Azadtribun"un yaydığı bilgiyə əsasən, İslam Respublikası Güney Azərbaycandan çalıb-çapdıqlarını birbaşa Ermənistana göndərir. Saytda "İranın fars irqçi rejimi Güney Azərbaycanı Ermənistanın müstəmləkəsinə çevirib" başlıqlı xəbərdə bildirilib ki, son illərdə dünyanı bürüyən maliyyə böhranı, müəyyən səbəblərə görə, qlobal istiləşmə əkinçilik məhsullarının azalması və eyni zamanda kənd təsərrüfatı məhsullarının bahalaşması ilə nəticələnib. Bu vəziyyət Ermənistan kimi yoxsul ölkəyə də təsirsiz ötüşməyib. Ötüşə də bilməz. Belə ki, Ermənistan riskli ölkələrdən hesab olunur. "Təhlükənin qarşısını almaq üçün irqçi Tehran hakimiyyəti Güney Azərbaycanı Ermənistanın müstəmləkəsinə çevirib. İranın "Fars" xəbər agentliyinin məlumatına görə, ötən ilin son 9 ayı (hicri - Günəş təqvimi ilə) ərzində Təbrizdən 375 milyon dollarlıq və ya 350 min ton məhsul Ermənistana, Azərbaycan Respublikasına, Ukraynaya, İraqa, Türkiyəyə ixrac olunub". Xəbərdə bu məhsulun Ermənistana neçə faizinin göndərildiyi bildirilməyib. Saytın Təbrizdəki yerli müşahidəçilərə istinadən yaydığı məlumata əsasən, Güney Azərbaycanda istehsal olunan texniki və plastik, əkinçilik və ərzaq məhsullarının 90 faizdən çoxu birbaşa Ermənistana ixrac edilir. Bundan başqa, Güney Azərbaycanda yüzlərlə iqtisadi layihə yarımçıq qalıb. Ermənistana qaz kəməri çəkilişi isə sürətlə gedir. Tikinti işləri ilə maraqlanan Əhmədinejad ora gedərək, hər işçiyə 450 min tümənlik (min tümən bir dollardır) bank qəbzini mükafat kimi təqdim edib və bərk-bərk tapşırıb ki, bu işi sürətləndirsinlər. Qərbi Azərbaycan əyaləti icra başçısının saytında isə bildirilib ki, təkcə noyabrda 241 milyon dollarlıq və ya 300 min 200 ton məhsul bir neçə ölkəyə, o cümlədən Ermənistana göndərilib. Mənbənin məlumatına əsasən, hər il Güney Azərbaycandan Ermənistana bir milyard dollar məbləğində qeyri-neft məhsulları ixrac olunur. "İran hakimiyyəti Azərbaycan türklərini aldatmaq üçün iki üsuldan faydalanır. Birincisi, birbaşa ermənilərlə alver eləmir. Çünki Güney Azərbaycanda ermənilərlə alverə maraq azdır. Odur ki, hakimiyyət dövlət, yaxud özəl şirkətlərin adına Güney Azərbaycandan məhsul alaraq, onu birbaşa Ermənistana göndərir. İkincisi, bu məhsullar alınanda göndəriləcəyi yer barədə rəsmilərdən soruşanda onlar 7-8 ölkənin, o cümlədən Ermənistanın da adını çəkirlər". Bu zaman adıçəkilən ölkəyə ixrac olunan məhsulların "az və əhəmiyyətsiz olduğu" bildirilir... .ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar