SON XƏBƏRLƏR

Azərbaycan Respublikasında soyadlar milliləşir. “-ov”, “-yev”, “-zadə” sonluqlu soyadlar yığışdırılacaq

2021.10.20, 07:36
Azərbaycan Respublikasında soyadlar milliləşir. “-ov”, “-yev”, “-zadə” sonluqlu soyadlar yığışdırılacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasında milli soyadlar məsələsi üzrə hazırlanan xüsusi konsepsiyada soyadların milliləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı məlumat verən Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, Milli Elmlər Akademiyasında yaradılan xüsusi komissiya tarixən mövcud olan ənənələri öyrənərək milli soyad formasını müəyyənləşdirib. “-li”, “-lu”, “-lü”, “-oğlu”, “-qızı”, “-gil” sonluqlu soyadların sənədlərdə işlədilməsi daha məqsədəuyğun hesab edilib. Nizami Cəfərovun sözlərinə görə, adı çəkilən soyad sonluqları yeni doğulan uşaqlara məcburi olaraq şamil ediləcək

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar