SON XƏBƏRLƏR

öyrənci fəal Məcid Makuyi azadlığa buraxılıb

2021.10.20, 07:36
öyrənci fəal Məcid Makuyi azadlığa buraxılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat çmərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın milli-mədəni fəalı, İsfahanın Malik Əştər universitetinin öyrəncisi cənab Məcid Makuyi azadlığa buraxılıb. Cənab Makuyi məhkumiyət dövrünü başa vurduqdan sonra 2009-cu il dekabr ayının 24-də Təbriz zindanından şərti olaraq azadlığa buraxılıb. Makuyi milli təhlükəsizliyi pozmağa çalışan qrupun təşkilində iştirak və Azərbaycan öyrənci hərəkatı veblaqını idarəçiliyi ilə sistemin əleyhinə təbliğ etməkdə ittiham edilir. Adını çəkdiyimiz öyrənci fəal 2008-ci il avqust ayının 31-də bir neçə Təbriz universitetinin öyrəncisi ilə birlikdə tutulub və 2 ay müvəqqəti saxlanıldıqdan sonra mülki vəsiqə qoyaraq azadlığa buraxılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar