SON XƏBƏRLƏR

soydaşımız Əli Bikəs, 7 il həbs və 74 zərbə qamçıya(şallaq) məhkum edilib

2021.10.20, 07:36
soydaşımız Əli Bikəs, 7 il həbs və 74 zərbə qamçıya(şallaq) məhkum edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanlı siyasi fəal, İslami İran Azəriləri qurumunun sabiq üzvü cənab Əli Bikəs 7 il zindan və 74 zərbə qamçıya (şallaq) məhkum edilib. Cənab Bikəs 2009-cü il iyun ayının 15-dən bəri keçici saxlama məntəqəsində məhbus həyatı yaşamaqdadır. Tehranın İnqilab Məhkəməsinin hökmünə əsasən cənab Bikəsin ittihamı milli təhlükəsizlik əleyhinə fəaliyət, sistemmin əleyhinə təbliğ və içtimai rəyi dəyişdirməyə cəhddən ibarətdir. Məhkəmə bu ittihamları müttəhimin 2009-cü il iyun ayının 15-də səhər çağı çölə çıxmaqla əsaslandırıb. Adını çəkdiyimiz müttəhimin ailə yaxunlarının məlumatına əsasən, cənab Bikəsin çölə çıxdığı vaxt şəhərdə heç bir nümayiş vəya toplaşma olmayıb. Xatırladaq ki, cənab Bikəs İranın keçmiş prezidenti Məhəmməd Xatəminin Türkləri təhqir etdiyi filmi yayıldıqdan sonra, İslami İran Azəriləri qurumundan ve cənab Musəvinin (Məhəmməd xatəminin seçki dönəmi müttəfiqi) təbliğat qərargahından istefa verib. Bu barədə etiraz məqalələridə yazıbdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar