SON XƏBƏRLƏR

Dünya Azərbaycanlıları Konqresi (DAK) tanınmış milli fəal Çingiz Bəxtavərinin şübhəli ölümü ilə əlaqədar anım mərasimi keçirib

2021.10.20, 07:36
Dünya Azərbaycanlıları Konqresi (DAK) tanınmış milli fəal Çingiz Bəxtavərinin şübhəli ölümü ilə əlaqədar anım mərasimi keçirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Dünya Azərbaycanlıları Konqresi (DAK) Güney Azərbaycanın Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan Çingiz Bəxtavərinin şübhəli ölümü ilə əlaqədar anım mərasimi keçirilib. Məlum olduğu kimi son günlərdə Güney Azərbaycanın milli azadlıq hərəkatının tanınmış simalarından olan, uzun illər Güney Azərbaycan Türklərinin milli haqqları müdafiə etdiyinə görə İran rejiminin ciddi təqib və təziqlərinə, dəfələrlə həbs, fiziki və ruhi işgəncələrinə məruz qalan, lakin bütün bunlara baxmayaraq öz haqq mücadiləsini heç bir çətinlikdən qorxmayaraq davam etdirən Çingiz bəy Bəxtavər şübhəli şəkildə öz iş yerində vəfat etmişdir. Bu münsibətlə Dünya Azərbaycanlıları Konqeresi (DAK) 07 yanvar 2010-cu il tarixində saat 15:00-da DAK-ın Bakıdakı mərkəzi ofisində anım mərasimi keçirdi. Mərasimi giriş sözü ilə açan DAK mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli ilk olaraq Azərbaycanın milli azadlığı uğrunda şəhid olmuş bütün soydaşlarımızı bir dəqiqəlik sükutla yad etdikdən sonra mərhum Çəngiz Bəxtavərinin Güney Azərbaycan milli azadlıq hərəkatında apardığı mübarizə yolunda və bu yolda sarsılmadan son nəfəsə qədər özü və ailəsi İran rejimi tərəfindən ciddi təziq və təhdidlərlə üzləşiblər. Lakin onların iradəsini heç bir güc sındıra bilmədi və nəhayət cinayətkar Molla rejiminin qəzəbinə səbəb olaraq şübhəli şəkildə öz iş yerində qətlə yetirildi. Necə ki, Ğulamrza Əmanı və ya prof.Zehtabi və başqaları. Amma İran rejiminin bu cinayətləri nəinki Güney Azərbaycan milli hərəkatını söndürmədi. Əksinə belə qeyri-insani rəftarlar daha da milli azadlıq hərəkatını gücləndirir. Yəni belə vətənpərvər insanlarımızın vəfatı da millətin oyanışına xidmət edir. Bir daha Çingiz bəyin bütün yaxınlarına və Türk dünyasına başınız sağ olsun deyirəm. Sonra söz DAK həmsədri prof.Paşa Qəbinura verildi. Paşa bəy bu acı xəbərdən təkcə Güney Azərbaycan deyil, bütün dünya azərbaycanlıları kədərlənərək bir daha İran rejiminin anti Türk və anti Azərbaycan olduğunu bir daha sübut etdi. Belə cinayətlərə əl atan hər hansi bir rejimin dağılması qaçılmazdır. Artıq İran rejiminin tam mənada anti insani bir rejim olduğu bütün dünya dölətlərinə sübut olmaqdadır. Mən ümüd edirəm ki, çox yaxın zamanlarda Güney Azərbaycan da öz milli azadlıqına qovuşacaq, mərhum Çingiz Bəxtavər və başqa qəhrəmanlarımız Azərbaycan xalqının xatirində hər zaman yaşayacaqdır. Ona görə ki, onlar yanlız öz vətənlərinin və millətlərinin mənafeini müdafiə ediblər. Mən DAK həmsədri olaraq öz adımdan və DAK adından mərhum Çingiz Bəxtavərin yaxınlarına Ulu Tanrıdan səbir arzulayıram. Allah rəhmət eləsin. Mərasim zamanı DAK İH üzvü Eliza İsmayilova, Sabir Nəbioğlu, Güneyli milli fəal və şair Sayman Aruz, Ənvər Börüsoy, DAK GT sədri Seymur Həsənli, GAMOH Bakı təmsilçisi Ağrı Qaradağlı, DAK idman departamentinin sədri Vasif Namazsoy Mərhum Çəngiz Bəxtavərin həyat və mubarizəsi mövzularında çıxış və məruzələr etdilər. Mərhumun son zamanlar çıxış etdiyi video görüntülər mərasim iştirakçılarına nümayış etdirildi. qaynaq:DAK

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar