SON XƏBƏRLƏR

Möhsün Kədivər: сəban Xamneyi 1989-cu ildə rəhbər olmazdan əvvəl nəinki Ayətullah ül-üzma hətta Ayətullah belə deyildi

2021.10.20, 07:36
Möhsün Kədivər: сəban Xamneyi 1989-cu ildə rəhbər olmazdan əvvəl nəinki Ayətullah ül-üzma hətta Ayətullah belə deyildi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "mediaforum"-a istinadən yaydığı məlumata görə, Hazırda mühacirətdə yaşayan İranın məşhur dissident ruhanisi Möhsün Kədivər jurnalistlərə açıqlamasında İrandakı son olaylardan və dini rəhbər ayətullah Əli Xamneyidən danışıb. M.Kədivər deyib ki, İrandakı problemlər dini rəhbər ayətullah Xamneyinin şəxsi mənafeyi naminə qanundan yayınması ilə bağlıdır: “Cənab Xamneyi bir rəhbər kimi üzərinə düşən vəzifədən yayınıb. O öz adamlarını hakimiyyətin ən mühüm strukturlarında vəzifəyə gətirib. Hər şey onun bilavasitə göstərişi və meyli ilə həyata keçirilir. Təəssüflər olsun ki, o, rəhbər olandan sonra tamamilə dəyişib başqa adam oldu. Halbuki rəhbərliyə seçilməzdən əvvəl islahat tərəfdarı kimi tanınırdı. İndi o, hakimiyyəti ələ keçirdikdən sonra təsəvvür edir ki, bu güc və qüdrəti Allah ona verib və Allahdan başqa heç kəs qarşısında cavabdeh deyil. Cənab Xamneyi 1989-cu ildə rəhbər olmazdan əvvəl heç ayətullah da deyildi, o ki qalmışdı ayətullah ül-üzma olmağa. Onun ayətullahlıq titulu siyasi xarakter daşıyan bir addır. İmam Xomeyninin özü onu höccətülislam deyə çağırardı. Bu isə ruhani titulları sırasında üçüncü dərəcəli tituldur”. M.Kədivər hazırda İranda iki növ islamın üz-üzə durub bir-biri ilə mübarizə apardığını deyib: “Bunlardan biri mərhum ayətullah Müntəziri, Məhəmməd Xatəmi və Mirhüseyn Musəvinin təmsil etdiyi, müasir dünyanın demokratiyası ilə uyğunlaşa bilən, həqiqi islam dəyərlərinə söykənən, azadlığa, güzəştə və tolerantlığa inanan yaşıl islamdır. Digəri isə Xamneyi, Əhmədinejad və onun müəllimi ayətullah Mesbah Yəzdinin təbliğ etdiyi və zorla dünyaya ixrac etməyə çalışdığı fundamentalist qara islamdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar