SON XƏBƏRLƏR

Qərb ilə İran arasında nüvə ətrafında gedən siyasi böhran dəvam edir

2021.10.20, 07:36
Qərb ilə İran arasında nüvə ətrafında gedən siyasi böhran dəvam edir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bilindiyi kimi İran yanvaın 2-də, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE-nin) "Əlinizdəki aşağı nisbətdə zənginləşdirilmiş uranı xaricə göndərin, qarşılığında 1 il sonra nüvə yanacağı alın" təklifinə öz fərqli təklifiylə cavab vermişdi. İran Xarici işlər Naziri Manuçer Mottaki 1 il şərtini rədd etdiklərini, nüvə yanacağı satın ala biləcəklərini, mübadiləninsə ancaq “öz torpaqlarında ola biləcəyini” elan etmişdi. Qərb dünyasına xəbərdarlıq edən Mottaki, “qərar vermək üçün beynəlxalq aləmə sadəcə 1 ay möhlət verdiklərini” bildirmişdi. Öz növbəsində ABŞ başqa olmaqla Qərb dünyası İranın bu fəaliyyətlərinə mane olmağa çalışır. ABŞ həm 6-lar (BMT TŞ-nın 5 daimi üzvü+Almaniya) formatında, həm də birbaşa müttəfiqləri ilə müzakirələr apararaq İrana qarşı sanksiyaları sərtləşdirməyə çalışır. Yeri hələlik tam konkretləşməsə də artıq bu ay 6-ların növbəti iclasının keçiriləcəyi dəqiqləşib. Görüşdə İrana qarşı yeni sanksiya qərarlarının da gündəmə gələ biləcəyi, ancaq Rusiya və Çinin hələlik buna qarşı olduqları da təxmin edilir. Belə ki, BMT Təhlükəsizlik Şurasının bu aykı periodik rəhbəri olan Çin, “problemin diplomatik yollardan həll edilməsinin zəruriliyini, sanksiyalar üçün zamanın uyğun olmadığını” elan etmişdi. Xatırladaq ki, bu fikir Çinin BMT-dəki Daimi Nümayəndəsi Səfir Zhang Yesui tərəfindən Nyu-Yorkdakı mətbuat konfransında səsləndirilmişdi. Zhang Yesui sanksiyalara qəti qarşı çıxmasa da, indiki mərhələdə danışıqların davam etdirilməsi fikrini müdafiə etmişdi. ABŞ mənbələri isə Çin və Rusiyanın yaratdığı maneələrin İranın imkanlarını genişləndirdiyini iddia edirlər. Nyu York Tayms qəzeti İranın nüvə fəaliyyəti ilə bağlı geniş tunel şəbəkəsi barədə növbəti böyük material dərc edib. Materialda qeyd olunur ki, İran nüvə fəaliyyətlərini artıq çox geniş ərazidə yeraltındakı və əksəriyyəti gizli olan tunellərə yayıb. Bu bir daha sübut edir ki, İranın nüvə fəaliyyəti dinc məqsədli deyil və bütün yoxlamalara, eyni zamanda hücumlara qarşı tədbirlərə malikdir. Görünən odur ki, Qərb maksimum sərt sanksiyalar üçün bütün vasitələrə əl atacaq. Burda son nöqtəni isə İranın nüvə silahına sahib olmasında elə də maraqlı görünməyən, sadəcə olaraq ABŞ-ı “mümkün qədər çox narahat etməyə çalışan” Rusiya və Çinin bu prosesdə nə vaxt konkret mövqe nümayiş etdirmələri qoyacaq. qaynaq:araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar