SON XƏBƏRLƏR

Türkmənistan və İran arasında ikinci qaz kəməri işə düşüb

2021.10.20, 07:36
Türkmənistan və İran arasında ikinci qaz kəməri işə düşüb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "ans"-ə istinadən yaydığı məlumata görə, Bu gün regionun enerji bazarında əhəmiyyətli addım sayılan və Türkmənistanla İranı birləşdirən Dövlətabad-Seraxs-Xangeran qaz kəmərinin açılışı olub. 30,5 kilometr uzunluğunda olan kəmərin açılışında Türkmənistan və İran prezidentləri Qurbanqulu Berdımuhəmmədovla Mahmud Əhmədinejad iştirak ediblər. Türkmənistandan İrana ikinci yeni qaz kəmərinin açılışına xarici ölkələrin Aşqabaddakı səfirliklərinin təmsilçiləri, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və digər rəsmi şəxslər də qatılıblar. Qeyd edək ki, kəmərin istifadəyə verilməsi ilə Türkmənistandan İrana ildə 20 milyard kubmetr qaz nəql etmək imkanı yaranıb. Xatırladaq ki, Dövlətabad yatağından hasil edilən qaz son 20 ildə Ukrayna və Rusiyaya ötürülür. İstismar olunacaq qaz kəməri ilin ikinci yarısında hazırda mövcud olan "Korpece-Kortkui" kəmərinə qoşulacaq. Birinci qaz kəməri 1996-ci ildə istismara verilib. Ölkənin qərbindən başlayan “Korpece-Kurtkui” kəmərinin uzunluğu 200 km, ötürmə qabiliyyəti isə 8 milyard kubmetrdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar