SON XƏBƏRLƏR

İranda "Millət" bankının televiziya təbliğatında türk milləti təhqir olunur

2021.10.20, 07:36
İranda "Millət" bankının televiziya təbliğatında türk milləti təhqir olunur

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda "Millət" bankının televiziya təbliğatında türk milləti təhqir olunur. Bu təhqir İran İslam Hakimiyətinin rəsmi Televiziyasında günün ən çox baxımlı saatlarında həyata keçirilir. "Millət" bankı öz püşkatma (qore keshi) reklamında Azadi bürcünün yanında bir "təmizlikçi" türk olaraq göstərilir. O türk ləhcəsi ilə fars dilində danışır və zahirən millət bankını təbliğ edir. Bütün peşələrin müqəddəs və hörmətə layiq olduğuna baxmayaraq Şərhçilərin fikricə Bu tip TV reklamlar və proqramları türkün içtimai şəxsiyətinin düşük və aşağı olduğunu insan psixoloqiyasında təsvir edir. bununlada xüsusi ilə fars şəhərlərində yaşayan Azərbaycanlılarda təslimçilik ruhunun yaranmasına xidmət edir. Xatırladaq ki İran Kütləvi İnformasiya Vasitələrində bu tip təxribat yeni deyil və zaman zaman özünü göstərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar