SON XƏBƏRLƏR

İranın Oslodakı konsulu tutduğu vəzifədən istefa verərək Norveç hökumətindən siyasi sığınacaq istəyib

2021.10.20, 07:36
İranın Oslodakı konsulu tutduğu vəzifədən istefa verərək Norveç hökumətindən siyasi sığınacaq istəyib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın Oslodakı konsulu Məhəmmədrza Heydəri İranın zorakı siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifədən istefa verib. Məhəmmədrza Heydəri artıq Norveç hökumətindən siyasi sığınacaq da istəyib. Konsul bildirib ki, “Mənim istefam İran İslam Respublikasının son aylarda dinc yolla azadlığını və öz hüququnu tələb edən vətəndaşlara qarşı kütləvi qırğın siyasəti yeritməsinə görədir. Öz gənclərini dəstə-dəstə qətlə yetirən, onları zindana salıb işgəncə verərək zorlayan rejimi müdafiə edə bilmərəm”. O bu sözləri Norveç telekanalına müsahibə verərkən bildirib. Heydərinin sözlərinə görə, o siyasi sığınacaq istədiyi üçün dəfələrlə təhdid edilib. Artıq konsulun istefa ərizəsi İranın Norveçdəki səfirliyinə təqdim olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar