SON XƏBƏRLƏR

Politoloq Vəfa Quluzadə: İrandakı qarşıdurmanın davamı ola bilər

2021.10.20, 07:36
Politoloq Vəfa Quluzadə: İrandakı qarşıdurmanın davamı ola bilər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi görkəmli politoloq Vəfa Quluzadənin "Azadlıq" qəzetinə verdiyi müsahibəni olduğu kimi təqdim edir. İranda ötənilki prezident seçkilərindən sonra baş qaldırmış narazılıqlar bitmək bilmir. Uzun müddət davam edən qarşıdurma bir müddət səngisə də, aşura mərasimində küçələrə çıxan minlərlə insan yenidən öz etiraz səslərini ucaldıb. Bəs bu narazılıqlar nə vaxta qədər davam edəcək və aşura mərasimində baş verənlərin təkrarlanmasını gözləmək olarmı? Baş verənlərlə bağlı politoloq Vəfa Quluzadənin fikirləri ilə tanış olduq. - İranda vaxtaşırı bu cür püskürmələr olur. Son hadisələrin davamını gözləmək olarmı? - İran çox böyük ölkədir. Bunun ardı ola bilər. Amma sözsüz ki, İran iqtidarı bunun axırıncı olmasına cəhd edəcək. Çox şiddətli təhdidlər, müxalifət liderlərini edam etmək hədəsi səsləndi. Görək bundan sonra nə cür olur. Bu cür hallar müəyyən bayramlar, yaslardan istifadə edilərək əmələ gəlir. Əhali özbaşına küçəyə çıxıb bunu edə bilməz. Bu, hiss olunur. Amma məhərrəmlikdə əhali qanunla küçəyə çıxıb. Bunun çərçivəsində müxalifət nəsə təşkil edə bilib. Ona görə bunu iqtidar üçün bir o qədər də təhlükəli hal hesab etmirəm. İran iqtidarı bunun öhdəsindən gələcək. - Ölkənin ali dini rəhbəri Xamneyinin müxalifətçiləri edam etmək hədəsi nədən xəbər verir? Iqtidar daha sərt addımlar atsa, bunun nəticəsi necə ola bilər? - Bu, İrandakı daxili vəziyyəti, qarşıdurmanı daha da gərginləşdirər. Ancaq qorxu hissi bir müddətə bu cür hadisələri səngidə bilər. - Bu dəfə Qərbin baş verənlərlə bağlı mövqeyi bir qədər sərt oldu. İran daxilindəki proseslər nüvə məsələsinə nə kimi təsir göstərəcək? - Qərbin güclü surətdə İranın daxili işinə qarışmaq imkanı yoxdur. Hərçənd İran iqtidarı göstərib ki, ölkədəki daxili vəziyyətin xariclə əlaqəsi var və hakimiyyət bunu kəsməyə cəhd edəcək. Ancaq nüvə məsələsində İran öz proqramını axıra qədər davam etdirəcək. İnanmıram ki, onun qarşısını ala bilsinlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar