SON XƏBƏRLƏR

Möhsüni Ejei: aksiyalara qoşulanlar Allaha qarşı müharibədə günahlandırılaraq edama məhkum ediləcəklər

2021.10.20, 07:36
Möhsüni Ejei: aksiyalara qoşulanlar Allaha qarşı müharibədə günahlandırılaraq edama məhkum ediləcəklər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bundan sonra hakimiyyət əleyhinə etiraz aksiyalarına qatılanlar Allaha qarşı müharibədə günahlandırılaraq edama məhkum ediləcəklər. bu sözləri İranın baş prokuroru Möhsüni Ejei yanvarın 4-də jurnalistlərə deyib. Onun sözlərinə görə, Allaha qarşı müharibədə günahlandıran şəxslərin hökmü şəriət qanunlarına görə edamdır və bu kimi şəxslərə heç bir güzəşt olmayacaq. O bildirib ki, “Bundan sonra İmam Xomeyniyə, onun canişini olan dini rəhbərə və ümumiyətlə sistemə qarşı üsyan qaldırıb aksiyalara qoşulanlar Allaha qarşı müharibədə günahlandırılaraq edama məhkum ediləcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar