SON XƏBƏRLƏR

Hillari Klinton: Vaşinqton İrana qarşı yeni sanksiyalar tətbiq etmək üçün öz müttəfiqləri ilə danışıqlara başlayıb

2021.10.20, 07:36
Hillari Klinton: Vaşinqton İrana qarşı yeni sanksiyalar tətbiq etmək üçün öz müttəfiqləri ilə danışıqlara başlayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ (Amerika Birləşmiş Ştatları) İrana qarşı yeni sanksiyalar tətbiq etmək üçün öz müttəfiqləri ilə danışıqlara başlayıb. ABŞ dövlət katibi Hillari Klinton yeni sanksiyaların İran hökumətini, xüsusən İslam İnqilabı Keşikçiləri Korpusunu hədəf alacağını və adi vətəndaşlara zərər verməyəcəyini söyləyib: “Sanksiyalar və təzyiqlə bağlı tərəfdaşlarımız və oxşar mövqedə olduğumuz digər ölkələrlə danışıqlara başlamışıq. Məqsədimiz İran hökumətinə, xüsusən İnqilab Keşikçiləri Korpusuna təzyiq göstərmək və onsuz da çətin vəziyyətdə olan adi insanların durumunu daha da çətinləşdirməməkdir”. H. Klinton 2009-cu ildə İranla müzakirə aparmağa cəhd göstərdiklərini, lakin heç bir nəticə əldə edilmədiyini bildirib.apa. CNN türk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar