SON XƏBƏRLƏR

Asif Qurbanov: məncə milli hərakat gözləməli və hadisələrin prosesinə görə, zərurət yarandığı zamanda ortaya çıxmalıdır (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Asif Qurbanov: məncə milli hərakat gözləməli və hadisələrin prosesinə görə, zərurət yarandığı zamanda ortaya çıxmalıdır (MÜSAHİBƏ)

Gunaz.tv
Bu gün İranda siyasi durum gərginləşib, demək olar ki, bütün şəhərlərdə polislə-nümayiş iştirakçıları arasında əsl küçə döyüşləri gedir. Və xüsusi ilə İran İslam İnqilabının ideoloqlarından olan Ayətullah Müntəzinin vəfatından sonra vəziyyət bir qədərdə ciddiləşib. Bu, arada İran rəsmiləri, ölkədə baş verən iğtişaşlarının əsas səbəbi və təxribatları Amerikada görürlər. Bu, haqda məlumatı İran kəşfiyyatının rəhbəri Heydər Mösləhi bildirib. O, qeyd edib ki, “Məqsəd İranda xaos və vətəndaş itaətsizliyi yaratmaqdır. Əldə etdiyimiz məlumatlara görə, ABŞ həmin təşkilatlara 1.7 milyard dollar vəsait ayırıb”. İranda proseslər daha da ciddiləşsə, Güney Azərbaycan məsələsi gündəmə gələ bilərmi, İranda yaşayan 40 milyon türk insanı hansı cəhbədən çıxış etməldir. Bu haqda, suallarımızın cavabını almaq üçün Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü və qurumun nəzdində fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzinin başqanı, iqtisadi elmlər doktoru Asif Qubanov GÜNAZ.TV Mətbuat Xidmətinin xüsusi müxbiri ilə söhbətində yuxarıda səslənən fikirlərə aydınlıq gətirib. - Asif bəy, İranda baş verən iğtişaşların kökündə hansı faktorlar dayanır? Doğrudanmı, İran rəsmilərinin bildirdiyi kimi, Amerikanın ayırdığı 1.7 mld dollar ölkədə vəziyyəti gərginləşdirib? - Deyilən sözlər bir iddiadır. O, barədə sözlər demək doğru olmazdı, ancaq məsələnin digər tərəfinə baxmaq lazımdır. Bilirik ki, İran demokratik ölkə deyil və insanlar istədikləri kimi azad yaşamırlar. Neçə illərdir ki, molla rejiminin basqısı altında yaşayan insanlar dünyada baş verən dəyişiklər, onlara ciddi şəkildə təsir edir, və buda onların yaşadıqarı rejimi sorğulaması ilə nəticələnir. Əgər ölkə özünü dünyanın getdiyi yerə götürməzsə, yəni öz xalqını düşünməyərək, azad şəkildə yaşamasına izin verməyəksə o, zamanda xaricdəki qüvvələr sənin ölkəndəki, narazı kütləsindən istifadə edib, təsir imkanlarını gercəkləşdirəcəklər. Ancaq, İran dünya sistemi ilə ayaqlaşmaq istəmir. - İranda son bir ildə yaşanan hadisələrə baxdıqda görünən mənzərə odur ki, müxalif tərəf hökümətin dediklərinə və etdiyi hərəkətlərə inanmır və haqlarını tələb edirlər. Hökümət bu, haqlara qulaq asmaq istəmir buda, nəticədə insanların öz haqlarının radikal formada tələb etməsi ilə nəticələnir. Bunun üçün İran hakimiyyəti daxilində yaşayan xalqlara mədəni-sosial sahədə azadlıqlar verməlidir. Neçə illərdir ki, başqalarının haqlarının istifadə edir və bu, siyasətini ortadan qaldırmalıdır. Əslində, bu, hər bir ölkə üçün keçərlidir. - Sizcə, İran rejimi bu iğtişaşların qarşısını ala biləcəkmi? - Bu bir gerçəkdir ki, rejim zəlzələni yaşadı. Bu, zəlzələdən rejimin hansı hissələri zərər gördü, bunu zaman göstərəcəkdir. İran rejimi bunun qarşısını güç istifadə istifadə edərək ala bilər, ancaq bu, siyasət uzun müddətli olmayacaqdır. Rəsmi Tehran bu, atəşi ancaq tərəfləri masa arxasına çağıraraq həll edə bilər. Yoxsa, proseslər uzun müddətli olacaqdır. Həmdə, rejimin mahiyyəti antidemokartik və despotizm sistemi üzərində qurulduğuna görə, İranda bundan sonra aksiyaların səngiyəcəyini inanmaq çətindir. Cüzi kosmetik dəyişiklərlə insanları aldatmaq olmaz. - Proseslərin belə istiqamətdə cərəyan etməsi, orada yaşayan soydaşlarımızla bağlı sizdə, nəsə ümidlər yaratmırki? - Diqqət etsəniz , İrandakı hadisələr başlayandan bəri Güney Azərbaycan tərəfi çox fəal olaraq ortada olmadı. Demək ki, sadəcə Azərbaycan türkləri deyil, digər millətlərdə və farsların özləri də rejimdən rahatsızdırlar. Proseslərdə bunu açıq aydın göstərir. Rejim antidemokratikdır, küçələr çıxan insanlar demoktarik rejim istəyir, bu, vəziyyət təbii ki, Güney Azərbaycanın inkişafına təsir edir. - Ancaq, onu qeyd edək ki, milli hərakat İranda gedən siyasi caxnaşmalara, seyrci mövqedən yanaşır. Sizcə, milli hərakat bu, məsələdə hansı cəhbədən çıxış etməlidir. Xüsusi ilə, Amerika-qərb dövlətləri soydaşlarımızı İranda güc kimi görürmü? - Mənim fikrimcə, milli hərakatın kənarda qalmasında fayda var. Çünki, Güney Azərbaycan ayağa qalxarsa, o zaman müxalifət və hökümət bu, hərakata qarşı birləşə bilər, və öz aralarındakı problemi bir kənara qoyub, mübarizələrini bu, istiqamətə yönəldə bilərlər. Bundan ötrü milli hərakat gözləməli və hadisələrin prosesinə görə, zərurət yarandığı zamanda ortaya çıxmalıdır. Amma, təbii boş qalmamalı və hadisələri izləməli, strateji xəttini ortaya qoymalıdır. Həmdə, tarixdə buraxılan səhvlərimizi təkrarlamamaq şərti ilə hərəkət etmək lazımdır. - Bəli, qərb ölkələri Güney Azərbaycan vətəndaşlarını güç kimi görürlər və ehtiyyatlı davranırlarda, çünki, qərb ölkələri oradakı, hərakatın nəzarəti altında olmasını istəyirlər. Milli hərakat onların nəzarəti altında olmadığından o, bölgəyə çox dəstək də vermirlər. Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar